Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında növbəti görüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, onun komandası bu gün 26-cı tur çərçivəsində "Varberqs"in qonağı olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə 19:30-da start veriləcək.

"Yurqorden" hazırda 4-cü, "Varberqs" sonuncu pillədədir.

Turnir cədvəlinin lideri isə 55 xala malik "Malmo"dur.