Xorvatiyada çempionatının 10-cu turuna yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”(Zaqreb) səfərdə “Hayduk”la qarşılaşıb.
Splitdə keçirilmiş görüşdə “Dinamo” 0:1 uduzub. Meydana start heyətində çıxan Mahir 61-ci dəqiqədə əvəzlənib. Görüşün 26-cı dəqiqəsində forvard sarı vərəqə ilə cəzalandırılıb. Hazırda "Dinamo" 16 xalla 3-cü pillədədir.