Türkiyənin futbol üzrə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” “Bandırmaspor”u qəbul edib. Görüşdə Diniyevin komandası 0:1 hesabıyla uduzub.
Coşqun Diniyev meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, “Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.