Səudiyyə Ərəbistanı millisinə baş məşqçi vəzifəsinə Roberto Mançini təyin olunacaq.

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira özünün sosial şəbəkə hesablarında yazıb. 58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacaq.

İtaliyalı məşqçinin maaşı illik 20 milyon avro olacaq.

Avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.