Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, sözügedən klub "Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabat üçün hərəkətə keçib.

Ərəblər 26 yaşlı futbolçunu bu yay transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Amrabatla "Mançester Yunayted" də maraqlanır.