"Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da “Zenit”ə qarşı keçirilən matçın sonlarında zədələnən "Neftçi"nin futbolçusu Aqil Məmmədovun sağlamlıq durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, klubun baş həkimi Şaiq Zöhrablı Bakı təmsilçisinin rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:

“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.