"Qarabağ" klubunun Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.
Yoxlama görüşünün iyulun 4-də baş tutacağı bildirilir.
"Qarabağ" Avstriyada 3 yoxlama matçı keçirəcək. Ağdam təmsilçisi iyunun 27-də Macarıstan "Ferentsvaroş"u, iyulun 1-də isə Polşa "Legiya"sı ilə qarşılaşacaq.