Azərbaycan yığma komandasının müdafiəçisi Cəlal Hüseynov "Arda"da debüt edib.
Offsideplus.az xəbər verir ki, o, "Maritsa"ya qarşı keçirilmiş yoxlama matçında meydana çıxıb.
20 yaşlı futbolçu start heyətində yer alıb. Görüş Hüseynovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Cəlal Hüseynov Kırcaali təmsilçisi ilə üç illik müqaviləyə qol çəkib.