Azərbaycan millisinin üzvü Cəlal Hüseynov Bolqarıstanda debüt edib. 

Offsideplus.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Arda”nın heyətində "Maritsa”ya qarşı yoldaşlıq oyununda forma geyinib. Cəlal Hüseynov matça start heyətdə başlayıb, görüş “Arda”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Cəlal Bolqarıstan klubu ilə 3 illik müqavilə bağlayıb.