Joau Moutinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, "Vulverhempton" klubu portuqaliyalı yarımmüdafiəçini "Əl-İttihad" klubuna satmağa hazırlaşır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

"Əl-İttihad" Kərim Benzema transferindən sonra Moutinyo və Nqolo Kanteni heyətinə cəlb etmək istəyir.

 

Günay Xəlil