Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

 Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin çıxış etdiyi "İnqulets" də növbəti matçına çıxıb. Komanda öz meydanında "Dnepr-1" ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

27 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "İnqulets" 23 oyundan sonra 26 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.