Çexiyanın gənclər liqasında yeni mövsümə start verilib.
Offsideplus.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Fərid Nəbiyevin komandası “Slaviya” ilk oyununu keçirib.
Praqa təmsilçisi “Viktoriya”lı həmyaşıdlarını qəbul edib. Oyuna sürətli başlayan qonaqlar 3-cü dəqiqədə hesab açıblar. Lakin meydana start heyətində daxil olan Nəbiyev 20 və 35-ci dəqiqələrdə vurduğu qollarla “Slaviya”nı önə keçirib. İkinci hissədə komandalar hərəyə daha bir dəfə fərqlənib və oyun “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.