İspaniya yığmasının sabiq üzvü Daniel Quizanın yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı hücumçu İspaniyanın 5-ci liqa təmsilçisi "Rota"ya keçib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Xeres", "Malyorka", "Ueska", "Mursiya", "Xetafe", "Fənərbaxça", "Kadiz" kimi klublarda çıxış edib. O, İspaniya millisinin heyətində 21 oyun keçirib və 6 qol vurub. O, 2008-ci ildə yığmanın heyətində Avropa çempionu olub.