"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda karyerasını Kambocada davam etdirə bilər.
Offsideplus.az "Khmertimeskh"a istinadən xəbər verir ki, hazırda Kamboca millisinin baş meneceri olan 36 yaşlı yarımmüdafiəçi növbəti il olmasa da, gələcəkdə bunun reallaşacağını söyləyib.
Honda Kambocada “Soltilo Familia Soccer” məktəbinin və II liqada çıxış edən “Soltilo Angkor”un da sahibidir.
Qeyd edək ki, hazırda azad agent olan Keysuke Honda son olaraq Litvanın "Suduva" klubunda çıxış edib. O, 2020/2021 mövsümündə "Neftçi"nin formasını geyinib və Azərbaycan Premyer Liqasının qalibi olub.