“Zəfər Kuboku”nda IV turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, turun ilk qarşılaşması "Balaxanı" və "Topçular" komandaları arsında baş tutub. "Topçular" 9:1 hesabi ilə inamlı qələbə qazanmaqla 12 xalla kubokda liderliyini davam etdirirlər. Ən bol qollu qarşılaşması "Xocavənd" və "Atletik Bakı" komandaları arasında qeydə alınıb. “Xocavəndlilər” 13:5 hesabi ilə qələbə qazanmaqla 2-ci yerdəki mövqelərini daha da möhkəmləndiriblər. Turun son qarşılaşması "Çinar Zəngilan" və "Gənclər FM" arasında olub. Gərgin keçən matçda “zəngilanlılar” 4:3 hesabı ilə qələbə qazanıblar.
“Zəfər Kuboku”nda sonuncu turun oyunları bu həftənin altıncı və bazar günləri baş tutacaq. "Balaxanı" "Atletik Bakı", "Topçular" "Gənclər FM", "Xocavənd" isə "Çinar Zəngilan"la qarşılaşacaq.
Qeyd edək ki, “Zəfər Kuboku” oyunları Şəfa Stadionun 4-cü meydanında həftənin şənbə və bazar günləri keçirilir. Giriş pulsuzdur.