Azərbaycanda təşkil olunmuş UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, açılış oyununda ilkin mərhələnin 1-ci qrupunda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparıb.

4 qolun qeydə alındığı matç Gürcüstan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 3:1.

Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la qarşılaşacaq. Bu komandalar arasındakı ilk matç sabah Şamaxı şəhər stadionunda baş tutacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.