“Qarabağ” klubunun Avstriyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, “köhlən atlar” ilk görüşündə iyunun 25-də (saat 17:00) “Botoşani” (Rumıniya) ilə qarşılaşacaq. Komanda iyunun 29-da isə iki oyuna çıxacaq. “Qarabağ” əvvəlcə saat 12:00-da “Holştayn” (Almaniya), saat 18:30-da “Universitatya Krayova” (Rumıniya) ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.