“Qarabağ”dan ayrılaraq Çinin I dəstə təmsilçisi “Xançjou Qrintaun”la anlaşan Dino Ndlovunun keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, CAR-lı forvardın transferinin detalları da açıqlanıb. 27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin “Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.