"Son matçlarda bəxtimiz gətirmir".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu İlkin Qırtımov deyib.
O, dünən "Qəbələ"yə 1:0 məğlub olduqları oyun haqda danışıb:
"Dünən rəqibdən daha yaxşı mübarizə apardıq. İmkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Bizə də təsir edən odur ki, əlimizə düşən şansları boşa veririk. Rəqibi də avrokuboklara vəsiqə qazanması münasibətilə təbrik edirəm".
Qırtımov komandadan ona yeni müqavilə təklifinin gəlib-gəlməməsi barədə də fikir bildirib:
"Yeni müqavilə haqda söhbət var, amma rəsmi bir şey yoxdur. Son qarşılaşmadan sonra bu barədə klub rəhbərliyi ilə danışacağıq".
31 yaşlı müdafiəçi transfer təklifi aldığını da deyib:
"Yerli klublardan təkliflər var. 2-3 gün içərsində bu məsələyə də aydınlıq gələcək".
Cavid Əliyev