Kipr Kubokunda 1/8 final mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk görüşlər çərçivəsində “Anortosis” də oyuna çıxıb. Milli komandamızın üzvü Araz Abduallayevin çıxış etdiyi Famaqusta təmsilçisi doğma meydanda “Ayia Napa” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Araz matça start heyətində başlayıb.

Qeyd edək ki, iki komanda arasında cavab oyunu yanvarın 17-də keçiriləcək.

apasport.az