Yunanıstanın "İonikos" klubu yenidən "Səbail"in futbolçusu Tural Bayramlıya təklif göndərib.
Bunu Offsideplus.az-a açıqlamasında yarımmüdafiəçi özü də təsdiqləyib.
"Bəli, "İonikos" yenidən mənə təklif göndərib. Yunanıstanda çıxış etdiyim zaman da onlar məni istəyirdilər. Amma hazırda bütün diqqətimi "Səbail"dəki çıxışıma yönəltmişəm".
Qeyd edək ki, Tural daha əvvəl Yunanıstanda "Pierikos" forması geyinib.
Xatırladaq ki, 24 yaşlı futbolçu daha əvvəl də saytımıza açıqlamasında belə bir təklifin olduğunu demişdi.
Cavid Əliyev