Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununda ədaləti qoruyub.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı baş hakim "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun 6-cı tur matçını idarə edib.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib. "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. O, futbolçuları 6 sarı vərəqə ilə də cəzalandırıb.