Həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya" Çexiya 2-ci divizionunu tərk edir.

Offsideplus.az xəbər verir ki, Jijkov təmsilçidi son turda səfərdə "Jihlava" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Fərid Nəbiyevin adı oyununun iştirak ərizəsinə daxil edilməyib.

"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.