"Sənədlərlə bağlı problemim olduğu üçün debütüm yubanırdı".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və Rusiyanın "Topedo" klubunun qapıçısı Rövşən Hüseynli deyib.

O, Rusiya Super Liqasının 1/4 final mərhələsinin ikinci oyunu olan “Qazprom Yuqra”la ( 8:3 ) məğlub olduqları matçdakı debütü barədə bunları danışıb:

"Oyundan bir gün əvvəl sənəd işləri həll olundu və oynaya biləcəyim deyildi. Komandayla uzun müddətdir məşq etsəm də, oyun atmosferi və təzyiqi tam başqadır. 8 ildən sonra ilk dəfə başqa komanda ilə və oyunçularla meydana çıxdım. Bir sıra epizodlarda yaxşı çıxış etdim. Sadəcə, mənim üçün tək problem uyğunlaşmamaqdır. Bu barədə məşqçilər və komanda yoldaşlarım dəstək olurlar. Kollektivdəki ab-hava çox yaxşıdır".

Hüseynli komandasının böyükhesabla uduzması haqda da fikirlərini bildirib:

"Rəqibin təzyiqi ilk dəqiqələrdən hiss olunurdu. Sonda hesab da bunu göstərdi. İndi bütün fikrimizi cavab matçına kökləmişik".

Cavid Əliyev