Ukrayna milli komandasının yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Almaniyada baş tutacaq qarşılaşma mayın 11-də keçiriləcək.