Uzun müddətdir haqqında transfer xəbərləri dolaşan Məsut Özilin yeni klubu məlum olub.

 Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın nüfuzlu "AS" nəşri yazıb. Mətbu orqanın iddiasına görə,33 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-ın MLS liqasında mübarizə aparan "İnter Mayami" komandasında davam etdirəcək. Artıq onunla bağlı "Fənərbağça" rəhbərliyi ilə danışıqlar aparılıb və Özil yayda İstanbul təmsilçisinin sıralarını tərk edəcək.

Qeyd edək ki, bu yaxınlarda futbolçunun sahibi türkiyəli iş adamı Acun İlicalı olan "Hall Siti" (İngiltərə) klubuna keçəcəyi barədə informasiya yayılmışdı.

Onu da bildirək ki, "İnter Mayami"nin sahibi əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemdir.