Məşhur ukraynalı veteran futbolçu İqor Belanov Rusiya ilə müharibədə Ukrayna uğrunda müharibəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Futbol24" məlumat yayıb. Bildirək ki, 61 yaşlı Belanov 1986-cı ildə Kiyev “Dinamo”sunun və SSRİ futbol yığmasının hücumçusu kimi Avropanın ən güclü oyunçusu seçilib.