Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Məsut Özil karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İngiltərə Çempionşipində mübarizə aparan "Hall Siti" klubuna keçməyə yaxındır. Adıçəkilən klubun sahibi olan türkiyəli iş adamı Acun İlicalı təcrübəli yarımmüdafiəçini komandasında görmək istəyir.

Onların aralarında yaxın münasibətlər var və keçidin baş tutması real görünür.

Bildirək ki, Özil ötən ildən "Fənərbağça"nın şərəfini qoruyur. O, bundan əvvəl İngiltərə "Arsenal"ında çıxış edirdi.