Türkiyə millisinin və "Lill"in hücumçusu Burak Yılmaz yığmadakı karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə Portuqaliyaya ( 1:3 ) məğlub olduqları oyundan sonra açıqlama verib.
"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Artıq bayrağı gənclərə vermək lazımdır. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm".
Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin şərəfini qoruyurdu.