Niderland millisinin sabiq üzvü və futbolçu karyerasını başa vurmuş Klas-Yan Huntelar özünə yeni iş yeri tapıb.

 Offsideplus.az xəbər verir ki, 38 yaşlı sabiq futbolçu "Ayaks" klubunun idman departamentində işləyəcək. Bu barədə Amsterdan klubunun mətbuat xidməti məlumat yayıb. Onunla 2024-cü ilədək sözləşmə imzalanıb.

Qeyd edək ki, Huntelar karyerasını ərzində PSV, "Ayaks", "Milan", "Real" və "Şalke" kimi önəmli klublarda çıxış edib.