Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb. 

Komanda səfərdə “Pribram”la qarşılaşıb və bu matçdan məğlubiyyətlə ayrılıb - 1:2. 

Fərid Nəbiyev bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. 

Qeyd edək ki, “Viktoriya” 17 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.