Bu gün FIFA-nın  2021-ci ilin ən yaxşı futbolçusuna və baş məşqçisinə verəcəyi  “The Best” mükafatının sahibinin adına aydınlıq gələcək.

Offsideplus.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 22:00-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq.

Namizədlər isə  PSJ-dən Lionel Messi, “Bavariya"dan Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salahdır.

 İlin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldir.