Uruqvay millisinin futbolçusu Dieqo Qodin karyerasını Brazilyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Atletiko Mineyro" ilə anlaşıb. Onunla bu mövsüm sonuna kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, Qodin karyerası ərzində "Vilyarreal", "Atletiko" ( Madrid ), "İnter" kimi önəmli klubların şərəfini qoruyub. O, son olaraq, A Seriyası təmsilçisi "Kaliyari"də çıxış edib.