Vüsal İsgəndərli "Keçiörengücü"(Ankara) klubunun heyətində Türkiyə 1-ci liqasında növbəti qolunu vurub.
Offsideplus.az xəbər verir ki, millimizin 26 yaşlı yarımmüdafiəçisi 17-ci turda doğma meydanda "Erzurumsor"la keçirilən görüşdə fərqlənib.
Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb. Xallarını 19-a çatdıran "Keçiörengücü" 14-cü pilləyə yüksəlib.