"Ayaks"ın futbolçusu Duşan Tadiç Lionel Messinin redordunu qırıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı serbiyalı oyunçu argentinalı ulduzun 2011-ci ildəki uğurunu yeniləyib.
Belə ki, Messinin həmin vaxt bir təqvim ilində etdiyi 36 məhsuldar ötürmə rekorduna 37 qol pası ilə Tadiç sahib çıxıb.
Qeyd edək ki, Tadiç bu mövsüm Amsterdam təmsilçisi ilə 22 görüşdə 7 qol və 12 məhsuldar ötürmə edib.