"Barselona"nın sabiq futbolçusu Tomas Vermaelen "Vissel Kobe"dən ayrılıb.

 Offsideplus.az Yaponiya klubunun rəsmi "tvitter" hesabına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi yanvarın sonu bitəcək müqaviləsini daha tez pozub.

Vermaelen 2019-cu ildən "Vissel Kobe"nin şərəfini qoruyurdu.

Qeyd edək ki, adı çəkilən oyunçu 2017/2019-cu illər aralığında Kataloniya təmsilçisində çıxış edib.