UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə baş tutacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.