Bir dönəm "Qalatasaray"a rəhbərlik edən Mixael Skibbenin yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, 56 yaşlı almaniyalı mütəxəssis bundan sonra Yaponiyanın "Sanfreççe Hiroşima" klubunda çalışacaq.

Qeyd edək ki, Skibbe Türkiyədə "Qalatasaray"la yanaşı, "Əskişəhərspor" və "Karabükspor"da da işləyib.