DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşacaq Monteneqro millisi ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, yığmanın aparıcı üzvlərindən Uroş Curceviçin koronavirus testi pozitiv çıxıb.

 27 yaşlı hücumçu bu səbəbdən, "ay-ulduzlular"la oyunu  buraxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək Monteneqro - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.