Futbol üzrə Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Monteneqro ilə keçirəcəyi matçlar öncəsi ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "Ay-ulduzlular"ın futbolçularından Cengiz Ünder zədələnib. O, millinin heyətindən kənarlaşdırılıb. 24 yaşlı yarımmüdafiəçinin əvəzinə "Qalatasaray"dan Barış Alper Yılmaz yığmaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə seçməsi noyabrın 13-də Cəbəllütariq, 16-da isə Monteneqro ilə üz-üzə gələcək.