Futbol üzrə Çexiya 2-ci divizionunda 13-cü turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Viktoriya” 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.