Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir kii, Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Slaviya" səfərdə "Minsk"lə qarşılaşıb. Matç Mozır təmsilçisinin 6:0 hesablı qələbəsiylə başa çatıb.

Ruslan Qurbanov bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov 2 qol vurub.

Qeyd edək ki, 27 turdan sonra 27 xal toplayan "Slaviya" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.