Belarus çempionatında 26-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda BATE ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ruslan Qurbanov da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.