Futbol üzrə Moldova çempionatında 13-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da səfərdə “Petrokub”la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:6. “Dinamo-Avto” bundan əvvəlki turda da “Şerif”ə 7 cavabsız qolla uduzmuşdu.
 
Orxan start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Keçirdiyi 13 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.