Çinin "Quanjou Everqrand" komandasının baş məşqçisi Fabio Kannavaro istefa verib. 

Offsideplus.az xəbər verir ki, bu barədə Çin təmsilçinin rəsmi saytında məlumat yayılıb. 2016-c ildən fasilələrlə "Quanjou"nu çalışdıran əfsanəvi italiyalı mütəxəssis klubda yaranan maliyyə problemlərinə görə öz postunu tərk edib. 

Qeyd edək ki, hazırda davam edən Çin Superliqasında Kannavaronun komandası 30 xalla 2-ci pillədə qərarlaşıb.