Moldova çempionatında 12-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Adıçəkilən komanda doğma meydanda “Şerif”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:7.

Orxan Qurbanlı da bu görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, 14 xal toplayan “Dinamo-Avto" 5-ci pillədə qərarlaşıb.