Bu yaxınlarda Litvanın "Suduva" klubuna keçən Keysuke Honda "Neftçi" haqda danışıb.
Offsideplus.az "espdaily.com"a istinadla xəbər verir ki, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi "ağ-qaralar"dan ayrılmağının səbəbini belə izah edib:
"Neftçi"də mənə müqavilə imzalamağı təklif etdilər. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən hər zaman yeni çağırışlar axtarıram. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".
Qeyd edək ki, ötən mövsümün sonunda "Neftçi"dən ayrılan Honda "flaqman"ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.