Belarusun yüksək liqasında 22-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq futbolçusu Ruslan Qurbanovun yeni transfer olunduğu "Slaviya"(Mozır) klubu bu turda "Rux"la qarşılaşıb. 

Görüş 1:1 hesabı ilə başa çatıb. Qurbanov matçın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu gün həm də 30 yaşlı hücumçunun doğum günüdür.