“Bandırmaspor” klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, TFF 1-ci liqanın növbəti turu çərçivəsində keçiriləcək “Ümraniyəspor”la səfər oyunundan öncə komandanın kollektivindən COVİD-19 testi götürülüb.

Nəticədə 6 futbolçunun koronavirus testi pozitiv çıxıb. Onların adı açıqlanmayıb.