UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi HİK baş məşqçisi ilə müqaviləni yeniləyib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Helsinki təmsilçisi  38 yaşlı mütəxəssislə yeni sözləşmə imzalayıb. O, daha 2 il komandanın sükanı arxasında olacaq. 

Qeyd edək ki, HİK - "Neftçi" matçı 12 avqust Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək (İlk oyun 2:2).